Sionist mənbələr İordaniya da daxil olmaqla ərəb ölkələrinin quru körpüsü yaratmaqla Yəmən ordusunun Qırmızı dənizdə tətbiq etdiyi blokadanı yarmaq üçün sionist rejimə kömək etdiyini açıqladıqdan sonra İordaniyanın Baş naziri bu məsələyə reaksiya verib.
Bəşər əl-Xəsavənə deyib: “Quru və ya dəniz körpüsünün müzakirəsi illüziyadan başqa bir şey deyil və əsassız dastanlar quran təxəyyül toxucularının işidir.