Tehran - İRNA - ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş zabiti Qəzzaya qarşı müharibəyə və ABŞ-ın sionist rejimlə fələstinlilərə qarşı cinayət və soyqırımda şərik olmasına etiraz olaraq İsrailin Vaşinqtondakı səfirliyi qarşısında özünü yandırdı və bir neçə saatdan sonra aldığı xəsarətlərdən dünyasını dəyişdi.

Bu keçmiş amerikalı zabit fəryad edib: “Fələstin xalqına qarşı soyqırımın ortağı olmayacağam, qoy Fələstin azad olsun!”

O, özünü yandırmazdan əvvəl deyib: “Özünü yandırmaq dəhşətlidir, lakin Qəzzada baş verən cinayətlər qədər dəhşətli deyil.”

Bu arada, bazar günü knessetin (sionist rejimin parlamenti) üzvü Ofer Kassif bu rejimin baş naziri Benyamin Netanyahunun ruhi xəstə olduğunu bildirərək, Beynəlxalq Ədalət Məhkəməsini Qəzzada müharibəni dayandırmağa çağırıb.