İRNA-nın bazar ertəsi verdiyi xəbərə görə, “Yediot Aharnot” qəzeti sionist rejimin Qəzzadakı əsir ailələrinin əsas qərargahına istinadən yazıb ki, bu ailələr sionistlərin çərşənbə günündən etibarən dörd gün ərzində Qəzza sərhədindən Qüdsə qədər böyük nümayiş təşkil etmələrini istəyirlər.
Qəzetin yazdığına görə, nümayiş rejimin əsirlərin azad edilməsi ilə bağlı yeni müzakirə apardığı bir vaxta təsadüf edir.
“Yediot Aharnot” əlavə edib ki, bu nümayişin işğal olunmuş Fələstin ərazilərinin cənubunda yerləşən “Raim” avtoparkından başlaması, sionist əsir ailələrinin Sadirotdan –sionist əsirlərin ailələri bu sionist qəsəbəsində polis idarəsi yaxınlığında mərasim keçirəcək– keçdikdən sonra işğal altındakı Qüdsə doğru davam etməsi nəzərdə tutulur.
Bu xəbərə əsasən, nümayiş iştirakçıları işğal altındakı Qüdsə çatana qədər sionistlərin "Kariat Cat", "Beyt Gurin" və "Beyt Şimeş" yaşayış məntəqələrindən də keçəcək və şənbə günü işğal altındakı Qüdsə daxil olacaqlar.
Yediot Aharnot bildirib ki, Qəzzadakı sionist əsir ailələrinin əsas qərargahı bu əsirlrəin geri qaytarılmasını İsrail qövmünün irqi missiyası adlandırıb.
Bununla bağlı, ötən həftənin şənbə günü minlərlə mühacir sionist işğal olunmuş ərazilərin mərkəzi olan Təl-Əvivdə kütləvi nümayişlər keçirərək, sionist rejimin baş naziri Benyamin Netanyahunun istefasını, erkən Knesset seçkilərinin keçirilməsini və Qəzzadan sionist əsirlərin geri qaytarılmasını tələb ediblər.
Publish Date: 26 fevral 2024 - 19:37
Tehran - İRNA - Sionist rejim əsirlərinin ailələri Qəzza zolağının sərhədindən Qüdsə qədər kütləvi nümayişlər keçirməyə çağırıblar; çərşənbə günü (28 fevral) başlayacaq dörd günlük nümayiş.