Moskva - İRNA - Rusiya Çeçenistan Respublikasının paytaxtı Qroznıdakı məhkəmə Rusiya vətəndaşı Nikita Juraveli Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə Volqoqradda məscidin yaxınlığında Qurani-Kərimi təhqir etməkdə ittiham edərək 3 il yarım müddətinə azadlıqdan məhrum edib.

İRNA-nın “TASS” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, məhkəmənin hakimi Ruslan Dandayev çərşənbə axşamı bu qərarı elan edib.

Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib və hökmü haqlı adlandırıb. Lakin onun vəkili məhkəmənin qərarından apellyasiya şikayəti verməyi planlaşdırır.

Juravel həmçinin Quranı yandırmaqda etdiyi hərəkətə görə üzr istəyərək deyib: “Müsəlmanlardan üzr istəyirəm, etdiyim hərəkətlə onların hisslərini incitmişəm.”