Tehran - İRNA - Xəbər mənbələri Fələstin Muxtar Hökumətinin Xarici İşlər naziri ilə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri arasında Qəzzada səhiyyə və tibbi məsələlərlə bağlı danışıqlar barədə məlumat verib.

Fələstinin Xarici İşlər naziri Riyad əl-Maliki Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus ilə görüşüb və müzakirə aparıb.

Wafa xəbər agentliyinin bildirdiyinə görə, bu görüşdə iki tərəf dərman, peyvənd və tibbi ləvazimatların Qəzza zolağına daxil olmasına zəmanət verilməsi yollarını, səhra xəstəxanalarının yaradılması və Fələstin səhiyyə sektoruna dəstək üçün həkim və səhiyyə işçilərinin ölkəyə daxil olmasını müzakirə ediblər.

Görüşdə əl-Maliki bir daha Qəzza zolağına təcili, humanitar, ərzaq və tibbi yardımların çatdırılmasını təmin etmək üçün bütün ciddi və təcili tədbirlərin görülməsi istiqamətində beynəlxalq kampaniyanın təşkilinə, beynəlxalq təşkilatlara öz vəzifələrini maneəsiz yerinə yetirmək imkanı yaratmağa və onlara hərtərəfli dəstək verməyə çağırıb.