Tehran - İRNA - Fələstin müqavimətinin komandanı Qəzza şəhərində sionist qüvvələrlə döyüşdə müqavimət döyüşçülərinin üstünlüyünə işarə edərək, bu şəhərin Əz-Zəytun bölgəsinin Merkava tanklarının qəbiristanlığına çevrildiyini vurğulayıb.

Qəzza şəhərinin cənubundakı Əz-Zəytun bölgəsində olan müqavimətin səhra komandirlərindən biri bu gün, çərşənbə Əl-Məyadin kanalının müxbiri ilə müsahibədə deyib: Sionistlər dünən, çərşənbə axşamı toqquşmalarda çoxlu itki veriblər. Sionist rejimin helikopterləri onların ölü və yaralılarını daşımaq üçün 3 dəfə bölgəyə eniş edib. Sionist rejim döyüşçüləri də bir neçə cəbhədə ağır hücumlar həyata keçirərək təxliyyə və geri çəkilmə əməliyyatlarına dəstək vermək üçün hərəkətə keçiblər.

Bu müqavimət komandiri əlavə etdi: Bütün cəbhələrdə olan əsgərlərimiz hələ də öz döyüş mövqelərindədirlər və müəyyən edilmiş planlara əsasən öz vəzifələrini yerinə yetirirlər və Əz-Zəytun bölgəsi Merkava tanklarının qəbiristanlığına çevrilib və sionist əsgərlər çaş-baş qalıb.