Tehran - İRNA - Xəbər mənbələri cümə axşamı səhər saatlarında İordan çayının qərb sahilində bir fələstinli gəncin şəhid olması barədə məlumat verib.

Sionist rejim əsgərləri bu gün səhər saatlarında İordan çayının qərb sahilinin şimalındakı Beyt-Furik qəsəbəsinə basqın ediblər.

Bu hücumun ardınca Fələstin xalqı və gəncləri işğalçı qüvvələrlə qarşıdurmaya başlayıb. Bəşər Nihad Hanani adlı fələstinli gənc sionist əsgərlər tərəfindən açılan atəş nəticəsində qarnından yaralanıb və xəstəxanaya aparılıb, lakin aldığı yaranın şiddətindən şəhid olub.