Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qədərə Əl-Cəzirə ilə müsahibədə Qəzza zolağının şimalındakı Kamal Ədvan xəstəxanasında 7 fələstinli uşağın şəhid olmasına toxunaraq, bildirib: Yardımların qarşısının alınması Təl-Əvivin soyqırım siyasətini davam etdirmək üçün planlaşdırdığı bir prosesdir.
Əşrəf Əl-Qədərə beynəlxalq təşkilatların yardımların girişi tələbinə sionistlərin qarşı çıxmasına toxunaraq, bildirib: Kamal Ədvan xəstəxanası fəaliyyətini dayandırdıqdan sonra Qəzza zolağının şimalındakı sağlamlıq mərkəzləri tamamilə xidmət göstərə bilməyib və hazırda reanimasiya şöbəsinə yerləşdirilən bir neçə uşaq aclıqdan ölmək təhlükəsi ilə üzləşib.