İslami Cihad Hərəkatı Qəzza şəhərinin məzlum xalqına qarşı bugünkü qətliama münasibət olaraq verdiyi bəyanatda vurğulayıb ki, Əl-Rəşid küçəsi yaxınlığında Qəzza şəhərinin əhalisinə qarşı törədilmiş bu dəhşətli cinayət sionist rejimin cinayətkarlıq səviyyəsini göstərir və biz ABŞ prezidenti Co Bayden hökumətini, sionist rejimi dəstəkləyən qərb dövlətlərini, bu cinayətlər qarşısında səssiz qalan ölkələri və ən əsası ərəb təşkilatlarını bu cinayətə görə cavabdeh bilirik.
İslami Cihad Hərəkatı bəyanatın davamında vurğulayıb: “Bu dəhşətli cinayət sionistlərin Qəzzada xalqımıza qarşı apardığı soyqırım müharibəsinin bariz sübutudur. Bu cür hərəkətlər sionist rejimin qırğın maşınına qarşı xalqımızın gücünü və dəyanətini ikiqat artıracaq və onları öz mövqelərində möhkəm saxlayacaq.”