Tehran - İRNA - Cümə axşamı günortadan sonra xəbər mənbələri sionist rejim ordusunun Suriyanın paytaxtı Dəməşq ətrafına hücumu barədə xəbər verib.

Suriyanın Hava Hücumundan Müdafiə Sistemləri bir neçə düşmən hədəfinə müdaxilə edib, bundan sonra Dəməşq şəhəri ətrafında partlayış səsləri eşidilib.

  İsrail qırıcıları işğal olunmuş ərazilərdən Dəməşq şəhərinin cənubundakı bəzi mövqelərə bir neçə raket atəşi açıb və Suriya HHM sistemləri onların əksəriyyətini zərərsizləşdirə bilib.