Tehran - İRNA - Qərb mediası bu gün (cümə) insanların səsvermə məntəqələrində coşğulu iştirakını xəbər verib və bu iştirakı İran İslam Respublikasının regional və qlobal nüfuzunu artıran amil kimi qiymətləndiriblər.

Qətərin “Əl-Cəzirə” telekanalı İranda keçirilən seçkilərlə bağlı bildirib: “Bu gün iranlılar Parlament və Ekspertlər Məclisinin üzvlərinin seçilməsi üçün seçki məntəqələrinə getdilər.

Özünü 34 yaşlı Nasir Rəncbər kimi təqdim edən seçicilərdən biri “Əl-Cəzirə”yə müsahibəsində seçkilərdə iştirak etməyi dini bir vəzifə adlandırdı və seçkilərdə iştirak etməkdə məqsədinin Rəhbərin göstərişlərini yerinə yetirmək olduğunu vurğuladı.”

Əl-Cəzirə bugünkü seçkilərdə mühafizəkarlar, islahatçılar və mötədillər kimi müxtəlif siyasi cinahların seçkilərdə iştirakına toxunaraq növbəti parlamentdə mühafizəkarların çoxluğu ələ keçirəcəyini proqnoz verib.

İngiltərənin “Guardian” qəzeti də İranda səsvermə şərtlərinin yüngülləşdirildiyini və Keşikçilər Şurasında əvvəlki dövrlərlə müqayisədə daha çox namizədin təsdiqləndiyini açıqlayıb.

Amerikanın “ABC News” telekanalı da Ali Məqamlı Rəhbərin səsvermə zamanı verdiyi açıqlamaları tam işıqlandırıb və yazıb: “İran Rəhbərliyi “seçkilərdə iştirak etməyi dostları sevindirmək və düşmənləri kədərləndirmək” adlandırdı.”

“ABC News” İslami Şura Məclisində dini azlıqların nümayəndələrinin iştirakına da toxunaraq yazıb: “İslami Şura Məclisində beş yer dini azlıqlara aiddir.”