“Yediot Aharnot” sionist rejim mediasının analitiki Barnin Perqman deyib: “İlk əsir mübadiləsindən üç ay keçdiyi bir vaxtda bütün israillilərə aydın oldu ki, onların hamısı yalan və reallıqdan uzaq illüziyalara düçar olublar, nazirlər kabineti, təhlükəsizlik mərkəzləri və onlara bağlı medialar israilliləri illüziyalara və yalanlara sürükləyir.”
Barnin Perqman əlavə edib: “İsrail ordusu Qəzza burulğanına ilişib, əsirlərin vəziyyəti çox çətinləşib, israillilər təhrif olunmuş məlumatların və yalanların əsiri olub, digər tərəfdən İsrail ordusu Qəzzadan geri çəkilib və Xan Yunisdə əməliyyat aparmaq üçün cəmi beş kiçik bölmə saxlayıb.”
Sionist analitikin fikrincə, Qəzzədə bir il qalmaq istəyən və bunu mümkün hesab edən çox sadə bir insandır. Çünki dünya Təl-Əvivin Qəzzada qalmasına icazə verməyəcək. Digər tərəfdən, beynəlxalq təzyiqlərlə yanaşı, ordu Qəzzada ağır itkilər verib.