Tehran - İRNA - Türkiyənin Xarici İşlər naziri Hakan Fidan və onun ermənistanlı həmkarı Ararat Mirzoyan Antalyada keçirilən diplomatik forum çərçivəsində müzakirə aparıblar.

"Report"un yazdığına əsasən, Türkiyə və Ermənistanın xarici işlər nazirləri Hakan Fidan və Ararat Mirzoyan Antalyada keçirilən diplomatik forum çərçivəsində baş tutmuş görüşdə iki ölkə arasında münasibətlərin tam normallaşmasına nail olmağa hazır olduqlarını təsdiqləyiblər. 

Həmçinin, bu istiqamətdə mümkün konkret addımlar barədə fikir mübadiləsi aparılıb.