Tehran – İRNA - Dünya Bankı yanvar ayı ərzində İranda ərzaq inflyasiyasının azaldığını açıqlayıb və İranda ərzaq məhsullarının real inflyasiya səviyyəsinin 2 faizdən az olduğunu bəyan edib.

Dünya Bankı dünyada ərzaq inflyasiyası ilə bağlı hesabatında İranda 2024-cü ilin ilk ayında ərzaq inflyasiyasının 38,7% olduğunu açıqlayıb.

İranda bu ay ərzaq inflyasiyası əvvəlki ayla müqayisədə 2,4 bənd azalıb. Dünya Bankı 2023-cü ilin son ayında İranın ərzaq məhsullarının inflyasiya səviyyəsini 41,1% olaraq təxmin etmişdi.

Dünya ölkələri arasında 500 milyard dollara yaxın iqtisadiyyatı olan Argentina dünyada ən yüksək ərzaq inflyasiyasına malikdir. Bu ölkənin ərzaq inflyasiyası 2024-cü ilin yanvarında 251 %-ə bərabər olub və dünyanın istənilən ölkəsindən yüksək olub.