Tehran - İRNA - Sionist rejimin cinayətkar ordusunun hərbçiləri bu gün (şənbə) Qəzza zolağının cənubundakı Rəfah şəhərində BƏƏ-nin xəstəxanasının girişi qarşısındakı fələstinli qaçqınların çadırlarını hədəfə alıblar.

Fələstinin Qəzza zolağındakı Səhiyyə Nazirliyi bu cinayətdə 11 nəfərin şəhid olduğunu, 50-dən çox insanın isə yaralandığını açıqlayıb.


Nazirlik əlavə edib ki, şəhidlərdən biri də BƏƏ-nin xəstəxanasında çalışarkən şəhid olan fələstinli yardım işçisi Əbdülfəttah Mur'idir.

Müxtəlif medianın əks-sədası ilə yayılan aşağıdakı videoda sionistlərin Rəfahdakı vəhşi cinayətinin ilkin anları göstərilir.

İsrail qırıcıları son cinayətində Rəfah şəhərində BƏƏ-nin xəstəxanası qarşısında Fələstin vətəndaşlarını bombalayıb, nəticədə onlarla insan şəhid olub və yaralanıb.

Şəhidlər arasında feldşer, tibb bacısı və bir neçə uşaq da var.