Tehran - İRNA - Sudanın Xarici İşlər naziri Əli Sadiq Əli “The Wall Street Journal”ın Tehranın Xartuma dəniz bazası tikmək istəyi ilə bağlı iddiasını təkzib edib və bunu saxta adlandırıb.

Sadiq Əli Türkiyənin Antalya şəhərində keçirilən Diplomatik Forumu çərçivəsində Rusiyanın “Sputnik” xəbər agentliyinə deyib: “Wall Street Journal məqaləsini oxudum və bu xəbər doğru deyil.”

O, bir daha vurğulayıb: “Bu yazı düzgün deyil, İran heç vaxt baza tikmək üçün müraciət etməyib. Mən bu yaxınlarda İrana getdim və heç bir ölkə ilə bu məsələ müzakirə olunmayıb.”

Amerikanın Wall Street Journal qəzeti bazar günü iddia edib: “Sudan, Sudanda hərbi baza tikməyə razılıq verməsi müqabilində İrandan pilotsuz təyyarələr almağa hazırlaşır.”