Tehran - İRNA - Sionist rejim xəbər mənbələri bazar ertəsi səhər saatlarında CENTCOM kimi tanınan ABŞ Ordusunun Mərkəzi Komandanlığının komandirinin keçən həftə gizli və məxfi şəkildə Yaxın Şərqə səfər etdiyini bildiriblər.

Sionist rejimin 12-ci telekanalı CENTCOM-un komandiri general Maykl Erik Kurilanın gizli və məxfi şəkildə Misir, İordaniya, Suriya və işğal olunmuş Fələstinə səfər etdiyini xəbər verib.

Bu media həmçinin bildirib ki, Kurila Təl-Əvivə də gedib, sionist rejim ordusunun baş qərargah rəisi Herzi Halevi və bu rejimin müharibə naziri Yoav Gallant ilə görüşüb və işğal altındakı Fələstində baş verən son hadisələri müzakirə edib.