Tehran - İRNA - İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər saatlarında təqvalı alim Ayətullah Məhəmməd İmami Kaşaninin cənazəsinin yanında dayanaraq Fatihə oxuyub və o böyük alimə cənazə namazı qılıb.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei bu gün (4 mart) səhər saatlarında təqvalı alim Ayətullah Məhəmməd İmami Kaşaninin cənazəsinin yanına gələrək, Fatihə oxuyub və o böyük alimə cənazə namazı qılıb.

Ayətullah Məhəmməd İmami Kaşani 2 martda ürək tutması səbəbindən dünyasını dəyişdi.

O, 10 Mehr 1310-cu (m.3 oktyabr 1931) ildə anadan olub və Şəhid Mütəhhəri Ali Mədrəsəsinə rəhbərlik edirdi. Böyük alim həmçinin Tehranın müvəqqəti imam cüməsi və Rəhbərlik Ekspertlər Məclisinin üzvü idi.