Bu xəbərə görə, Daniyel Həqarinin komandasının əhəmiyyətli adamlarından olan Muran Katz, İsrail ordusunun sözçüsü və kəşfiyyat sisteminin bir çox rəsmisi Qəzza müharibəsi səbəbilə istefalarını elan ediblər.
“Əl-Mayadin”-in məlumatına görə, istefa verənlər arasında İsrail ordusunun xarici mətbuat sözçüsü Riçard Hatçet də var.
Müharibənin idarə olunması və müharibədən sonrakı planla bağlı hökumətlə İsrail ordusu arasında dərin fikir ayrılıqlarının olduğu bildirilir.