Tehran - İRNA - Mərkəzi Bankın beynəlxalq məsələlər üzrə direktor müavini bildirib: “İran Mərkəzi Bankının BRİKS üzvləri arasında bank mesajlaşma sisteminin yaradılması (SWIFT-ə bənzər), Çirkli Pulların Yuyulması və Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Mübarizə (FATF-a bənzər) və üzvlər üçün Beynəlxalq Kredit Reytinqi ilə bağlı təklifləri BRİKS qrupunun iclasının gündəliyinə salınıb.

İRNA-nın Mərkəzi Banka istinadla verdiyi məlumata görə, Möhsin Kərimi BRİKS qrupunun iqtisadiyyat nazirləri və mərkəzi bank rəhbərlərinin 2024-cü ildə ilk iclasında İran İslam Respublikası Mərkəzi Bankının üç qurumun: "Beynəlxalq Kredit Reytinqi", BRİKS üçün müstəqil "Çirkli Pulların Yuyulması və Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Mübarizə Qurumu" və həmçinin BRİKS qrupunun üzvləri üçün "Beynəlxalq Kredit Reytinqi" təsis edilməsi təkliflərini izah edərərək deyib: “İran Mərkəzi Bankının BRİKS qrupunun dövri sədrinə təqdim etdiyi bu təkliflərlə bu qrupun idarə heyəti razılaşıb.”

Mərkəzi Bankın sədrinin beynəlxalq məsələlər üzrə müavini əlavə edib: “İran Mərkəzi Bankının təklifləri BRİKS-in iqtisadiyyat nazirləri və mərkəzi bank rəhbərlərinin ilk iclasının və müzakirə üçün gələcək görüşlərin gündəliyinə daxil edilib.”

Möhsin Kərimi qeyd edib ki, BRİKS-ə üzv ölkələr inkişaf edən iqtisadi güclər kimi vahid maliyyə strukturuna nail olmaq üçün mütləq öz aralarında “hesablaşma mexanizmi” yaratmalıdırlar və İran da bu sahədə kömək edə bilər.