Tehran - İRNA - Qəzzada hökumət informasiya ofisi Qəzza zolağında aclığın dərinləşməsi ilə bağlı xəbərdarlıq edərək deyir: “Sionist rejim ordusu yardımların Qəzzanın şimalına daxil olmasına mane olmaqla bu bölgədəki 700 min fələstinlinin ölüm təhlükəsi ilə üzləşməsinə səbəb olub.”

İnformasiya ofisi Qəzza zolağında aclığa son qoymaq üçün təyyarələrdən yardımın atılmasını ideal həll yolu hesab etməyib və vurğulayıb: “Bu sahədə yeganə həll yolu keçidlərin yenidən açılması və hər gün humanitar yardım daşıyan 1000 yük maşınının bu əraziyə daxil olmasına icazə verməkdir.”

Hökumətə bağlı ofis qeyd edib ki, Qəzzanın şimalına yardımın dayandırılması bu bölgədə 700 min fələstinliyə qarşı edam hökmünün icrası deməkdir.