Nyu-York - İRNA - ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü İran xalqının İslam Şurası Məclisi və Rəhbərlik Ekspertlər Məclisinin seçkilərində iştirak həcminə reaksiya verərək iddia edib ki, bu iştirak həcmi təəccüblü deyil.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller yerli vaxtla bazar ertəsi jurnalistlər qarşısında İran xalqının İslam Şurası Məclisi və Rəhbərlik Ekspertlər Məclisi seçkilərində 41 faiz iştirakının elan edilməsi ilə bağlı müxbirin sualını cavablandırarkən deyib: Rəsmi Vaşinqtonun hələ də İran xalqının İslam Şurası Məclisi və Rəhbərlik Ekspertlər Məclisi seçkilərində iştirakına dair qiymətləndirməsinin olmadığını bildirərək, İran hakimiyyətinin seçkilərdə iştirakla bağlı təqdim etdiyi statistikanın “ümumiyyətlə etibarlı olmadığını iddia edib”.

Keçən həftəki iddialarını təkrarlayan Miller iddia etdi: “Biz bu seçkinin azad, ədalətli və insaflı olmadığına inanırıq. Bir çox iranlı seçicilər də bu qənaətdədirlər. Təəccüblü deyil ki, İranda bir çoxları seçkilərdə iştirak etməmək qərarına gəliblər”.

Bazar ertəsi İran İslam Respublikasının daxili işlər naziri Əhməd Vəhidi İslam Şurası Məclisinin 12-ci çağırış seçkiləri və Rəhbərlik Ekspertlər Məclisi 6-cı çağırış seçkiləri ilə bağlı mətbuat konfransında bildirib ki, seçkilərdə iştirak nisbəti İslam Şurası Məclisi və Rəhbərlik Ekspertlər Məclisi 41% olub və dedi: Səsvermə sandığında 25 milyonluq izdihamın şahidi olduq; Həmçinin ölkə üzrə etibarsız səslərin sayı 5% olub.