Sionist “Israel Hayom” qəzeti və bu rejimin “ICI” iqtisadi saytı bu gün (çərşənbə axşamı) yazıblar ki, İsrail maliyyə nazirliyinin yüksək səviyyəli iqtisadçıları bir hesabatda Qəzza müharibəsinin iqtisadi nəticələrini və Yəmən dəniz qüvvələrinin Bab əl-Məndəb boğazında sionist rejimin iqtisadiyyatına hücumlarını təhlil ediblər.
Sionist rejimin maliyyə nazirliyinin hazırladığı bu hesabata əsasən, Yəmən Silahlı Qüvvələrinin hücumlarından amanda qalmaq üçün gəmilərin marşrutunun Qırmızı dənizdən yayındırılması bu rejimin dəniz nəqliyyatına böyük xərclər bahasına başa gəlib.
Sionist rejimin iqtisadi ekspertləri xəbərdarlıq ediblər ki, Qəzzada müharibə davam edərsə, eləcə də, Qırmızı dəniz və Bab əl-Məndəbdə gərginlik davam edərsə, gəmilərin marşrutunun dəyişməsi səbəbindən bu rejimin dəniz nəqliyyatı xərcləri əhəmiyyətli dərəcədə artacaq.
Hesabatda bildirilir ki, konteyner gəmilərinin daşınması üçün əlavə xərclərin tətbiqi hər il bir milyard dollar həcmində qiymətləndirilir.
Qeyd olunan hesabata görə, Qırmızı dəniz və Bab əl-Məndəbdən gəmilərin marşrutunun dəyişdirildiyi surətdə Eylat limanından fosfat ixrac edənlər də daxil olmaqla, toplu daşıyıcıların xərcləri illik 35-50 milyon dollar arasında qiymətləndirilir. Bu da, 77-100 faiz artım göstərir.
Bu hesabat dəmir idxal edən və işğal olunmuş ərazilərin limanlarına tullantı ixrac edən gəmilər kimi ümumi yük gəmilərinin xərclərinin artımını hər il əlavə olaraq 67 milyon dollardan 110 milyon dollara qədər qiymətləndirir ki, bu da 67-dən 100 faizə qədər artım göstərir.
Avtomobil daşıyıcıları kimi üfüqi yükləmə qabiliyyəti olan (Ro-Ro) gəmilər üçün bu hesabatda onların xərclərinin hər il 400 milyon dollar artdığı göstərilir ki, bu da 200% artım deməkdir.