Tehran - İRNA - İran İslam Respublikası Qızıl Aypara Cəmiyyətinin sədri qəsbkar sionist rejimin Qəzzaya humanitar yardım göndərməsinin qarşısını almasına toxunaraq, Qəzzada insan haqlarının kobud şəkildə pozulmasına qlobal diqqəti cəlb etmək üçün İranda konfrans keçirəcəyini açıqlayaraq deyib: “Bu beynəlxalq yardımın yalnız 25%-i Qəzzaya daxil olub.”

İRNA sosial məsələlər üzrə qrupu müxbirinin bildirdiyinə görə, Pirhüseyn Kuleyvənd çərşənbə axşamı keçirdiyi mətbuat konfransında seçkilərdə iştirakına görə xalqa və xilasedicilərə təşəkkür edərək, Qəzzadakı vəziyyətlə bağlı deyib: “Qəzzada bu günə qədər 30 mindən çox insan şəhid olub, 72 mindən çox insan isə yaralanıb və Qəzzada onların müalicəsi mümkün deyil.”

O, əlavə edib: “Bu dövrdə 24 min körpə doğulub və heç bir xidmət almayıb, həmçinin, indiyədək beynəlxalq yardımın cəmi 25%-i Qəzzaya daxil ola bilib, çünki qəsbkar İsrail rejimi yardımın daxil olmasına icazə vermir.”

Kuleyvənd deyib: “Qəsbkar İsrail rejiminin əməlləri əhalinin məcburi köçünə səbəb olub. Bu cinayət hərəkətləri elə səviyyəyə çatmışdır ki, Papa da bundan narahatlığını ifadə etmişdir. Bununla bağlı İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyəti konfrans təşkil edib, İran və digər ölkələrdən beynəlxalq hüquqşünaslar və siyasətçiləri bu konfransa dəvət edib.”