Hüseyn Əmir Abdullahiyan çərşənbə axşamı, axşam saatlarında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ciddədə keçirilən iclası çərçivəsində jurnalistlərə verdiyi açıqlamasında əlavə edib: “İslam ölkələrindən açıq istəyimiz ondan ibarət idi ki, sionist rejimlə diplomatik əlaqələr tezliklə kəsilsin, mal göndərilməsi dayandırılsın və İslam dövlətləri səviyyəsində bu rejimdən mal alınması dayandırılsın.”
Xarici İşlər naziri deyib: “İslam ölkələrinin Qəzzaya dəstək mövqeyini ifadə etməkdə ciddi fikir ayrılığı yoxdur, lakin bu gün Fələstinin özünün dəstəkləməsi üçün ehtiyacı olan şey siyasi bəyanatlarla kifayətlənməməkdir.”
“Sionist rejimin həyata keçirdiyi təhlükəli hərəkət işğal olunmuş ərazilərdə Fələstinin tarixini və kimliyini məhv etməkdir” - deyə, o, bildirib.
Əmir Abdullahiyan vurğulayıb: “Amerikalılar bu gün humanitar yardımdan danışırlar, bu hərəkətlər ikiüzlülükdür. Amerika bu müharibədə İsrailin tərəfində idi, hətta müharibəni idarə etmək Amerikanın öhdəsinədir. Sionist rejim Haaqada hərbi cinayətkar kimi mühakimə olunmalıdır.”