Tehran - İRNA - Səudiyyə Ərəbistanının Ciddə şəhərində bir araya gələn İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirləri yekun bəyanatında sionist rejimin Qəzzaya təcavüzünün tam və qeyd-şərtsiz dayandırılmasını tələb ediblər.

İƏT ölkələrinin xarici işlər nazirləri həmçinin bildiriblər: “Biz Qəzzaya maneəsiz təcili humanitar yardımın çatdırılması üçün sərhəd keçidlərinin açılmasını tələb edirik.”

Bəyanatda vurğulanır: “Qəzzada kütləvi qətliam və etnik təmizləmə cinayətinin davam etməsinin yaratdığı təhlükələr barədə xəbərdarlıq edirik.” 

İƏT ölkələrinin xarici işlər nazirləri həmçinin (Qəzzaya hücumları dayandırmaq məqsədilə) sionist rejimə təzyiq etmək üçün beynəlxalq ictimaiyyəti əməli addımlar atmağa çağırıblar.