Tehran - İRNA - Xəbər mənbələri çərşənbə axşamı səhər saatlarında fələstinli jurnalist Məhəmməd Səlamənin Qəzzada sionist düşmənin hücumları nəticəsində şəhid olduğunu bildirib.

Salamə Deyr əl-Bələhdə bir evə edilən hücumda şəhid olub.

Bu jurnalistin şəhid olması ilə Qəzza müharibəsi başlayandan bu yana media şəhidlərinin sayı 133-ə çatıb.

24 fevralda fələstinli fotojurnalist Məhəmməd Təşrin Yaği qızı və həyat yoldaşı ilə birlikdə Qəzza zolağının mərkəzində Deyr əl-Bələhdə Əl-Əqsa xəstəxanası yaxınlığında sionist rejim ordusunun hücumları nəticəsində şəhid olmuşdu.