Tehran - İRNA - Sionist rejimin Livanın cənubuna çərşənbə axşamı hücumu zamanı şəhid olanların sayı 4 nəfərə çatıb.

Sionist rejim ordunun Livanın cənubunda “Houla” kəndinə endirdiyi hava hücumunda bir ailənin 3 üzvü şəhid olub, bir neçə nəfər isə yaralanıb. Yaralıların sayı açıqlanmayıb.

Bundan əlavə, Hizbullah Livanın cənubunda sionistlərin hücumunda öz üzvlərindən birinin şəhid olmasını təsdiq edib.

Hizbullah bu hərəkatın üzvlərindən olan “Mücahid” ləqəbli Həsən Əli Hüseynin Qüds uğrunda sionist rejimin hücumu nəticəsində şəhid olduğunu açıqlayıb.