Tehran - İRNA - İraq islami müqaviməti bəyanat yayaraq bildirib ki, bu müqavimət qrupunun sionist rejimə qarşı hücumları atəşkəs elan olunana qədər davam edəcək.

İraq islami müqavimətinin bəyanatında vurğulanır: “Fələstin ərazilərində sionistlərin işğalı altında olan bölgələrə hücum əməliyyatlarımız işğalçılar Qəzzada atəşkəs rejiminə əməl edənə qədər davam edəcək.”

Bəyanatın davamında deyilir: “İslami müqavimətinin qəhrəman mücahidləri işğalçılar cinayətlərini davam etdirəcəyi surətdə, ilahi dəstəyə arxalanaraq hücumlarını yenidən başlamağa tam hazırdırlar.”

Bu bəyanatın sonunda İraq islami müqaviməti bəyan edib: “Biz İraqı Amerika işğalından azad etmək və sionist işğalçılığına qarşı müqəddəs müharibədə Fələstini dəstəkləmək kimi iki məqsədə nail olmaqda qərarlıyıq.”