İzzəddin Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə videomüraciətində müqəddəs Ramazan ayı yaxınlaşdıqca işğal altındakı Qüds şəhərindəki Əl-Əqsa məscidində Fələstin xalqını səfərbər etməyə və kütləvi şəkildə iştirak etməyə çağırıb.
Əbu Ubeydə əlavə edib: Sionist rejimlə əsirlərin mübadiləsində bizim ən yüksək prioritetimiz Qəzza zolağına qarşı hərbi təcavüzü dayandırmaq və düşmənin oradan çıxarılması, Fələstin xalqına yardım, qaçqınların geri qaytarılması və Qəzza zolağının yenidən qurulması üçün tam öhdəlik götürməkdir və biz bu tələblərdən geri durmayacağıq.
O dedi: Məlum oldu ki, düşmən hökuməti danışıqlarda hiylə və yayınma rıçaqlarından istifadə edir və çaşqınlıq içindədir.
Əbu Ubeydə aydınlaşdırıb: Sionist əsirlərin ailələri bilməlidirlər ki, İsrail rejiminin kabineti onların övladlarını oyuncaq halına salıb və onların tabutlarda geri qaytarılmasında israrlıdır.
Əl-Qəssam Briqadalarının sözçüsü deyib: Cinayətkar düşmən millətimizə qarşı amansız holokast törətməyə davam edir və dünya qanunlarına məhəl qoymur.