Tehran - İRNA - Rusiya Milli Təhlükəsizlik Şurasının Sədr müavini Dmitri Medvedev ABŞ-dakı vəziyyəti şərh edərək bildirib: “ABŞ prezidenti Co Bayden özünü Franklin Delano Ruzveltlə müqayisə etməməlidir. Çünki Ruzveltdən fərqli olaraq Bayden yalnız ABŞ-ın abrını aparır.”

Rusiya Milli Təhlükəsizlik Şurasının Sədr müavini X sosial media hesabında Baydeni bəşəriyyəti məhv etmək niyyətində olan dəli və axmaq bir insan adlandırıb.

Medvedev ABŞ prezidentinin cümə axşamı ölkə Konqresində xalqa illik müraciətində özünü İkinci Dünya Müharibəsi zamanı ABŞ prezidenti olmuş Franklin Delano Ruzveltlə müqayisə etməsinə münasibət bildirərərək vurğulayıb: “ABŞ-ın 32-ci prezidenti (Ruzvelt) əlil arabasında oturan əlil olsa da, Amerikanı tənəzzüldən çıxartdı, halbuki, Bayden bəşəriyyəti məhv olmaq uçurumuna sürükləyir.”