Sionist rejim UNRWA agentliyinin bəzi əməkdaşlarını HƏMAS ilə əlaqələri olduğunu yalandan etiraf etməyə məcbur edib.
UNRWA hesabatını BMT daxilində və xaricində insan hüquqları pozuntularını sənədləşdirmək üzrə ixtisaslaşmış qurumlara təqdim etməyi planlaşdırdığını açıqlayıb.
Bu hesabata əsasən, sionist rejim UNRWA-nın bəzi əməkdaşlarını işgəncə və təzyiq yolu ilə 7 oktyabr əməliyyatında iştirak etdiklərini yalandan etiraf etməyə məcbur edib və bu işgəncələr şiddətli döyülmələrdən ibarət olub.
UNRWA həmçinin müharibənin bitməsindən sonra bütün insan hüquqları pozuntularını araşdırmaq üçün daha çox təhqiqat aparmağa çağırıb.