Publish Date: 9 mart 2024 - 11:18

Tehran - İRNA - İran Prezidentinin Sepehr və Cafir yataqlarının açılışını etməsi ilə bu gün neft hasilatı 50 min barel artıb.

13-cü hökumət yerli şirkətlərə önəm verməklə neft və qaz yataqlarının işlənməsini genişləndirdi.

Neft naziri Cavad Ovcinin bildirdiyinə görə, 13-cü hökumət iş başına gəldiyi ilk vaxtlarda Xuzistanın neft mədənlərindən gündəlik neft hasilatı 1.700.000 barel idi. Bu gün isə neft sənayesi işçilərinin səyi ilə bu rəqəm 2 milyon 700 min barrelə çatıb.

13-cü hökumət gəldiyi ötən bir neçə il ərzində neft hasilatı 60%, təbii qazın gündəlik hasilatı 50 milyon kubmetr, neft emalı gücü sutkada 210 min barrel, İranın qaz emalı gücü isə sutkada 50 milyon kubmetr artıb.

13-cü hökumətdə neft hasilatının bir milyon barrel artması əsasən ölkənin ixrac bazarlarının canlanması ilə bağlı olub.

13-cü hökumətin neft hasilatını artırmaq üçün ikinci addımı işlənmə layihəsi illərdir dayandırılmış yataqların işlənilməsi oldu. Sepehr və Cafir yataqları da bu yataqlardan hesab olunur.