Qızıl Aypara Cəmiyyətinin Sistan və Bəlucistan əyalətinin cənubundakı insanlara hava yardımı sel fəlakətinin ikinci həftəsində davam edir. İndiyədək 765 kənddə 46 mindən çox şəxsə yardım göstərilib, 660-dan çox kənddə həyati ləvazimat paylanıb.
Sistan və Bəlucistanın ən ucqar bölgələrinə yardımların göndərilməsi insanların problemləri həll olunana qədər davam edəcək. Aşağıdakı görüntülər Dəştiyari şəhərinin Besut Payin kəndində xilasedici helikopterin yardım əməliyyatını göstərir.