Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Türkiyənin “TRT World” telekanalına müsahibəsində Azərbaycanla razılaşmaların əldə olunduğunu açıqlayıb.
Reuters xəbər agentliyinin məlumatına görə, Ararat Mirzoyan dünən Türkiyənin TRT telekanalına müsahibəsində deyib: Bu gün Ermənistanda bir çox yeni imkanlar müzakirə olunur və Avropa Birliyinə üzvlük də onlardan biridir.
Mirzoyan Ermənistan və Azərbaycan arasında danışıqların davam etdirilməsi ilə bağlı da deyib: Bizim Azərbaycanla danışıqlarımızın məqsədi daimi sülhün bərqərar olmasıdır.
O, rəsmi İrəvanla Bakı arasında sülh sazişi layihəsinin müzakirəsinin hələ də davam etdiyini bəyan edərək deyib: “Başqa müzakirə platformaları da var. Ölkə başçıları səviyyəsində görüşlər və xarici işlər nazirləri arasında danışıqlar aparılıb. Biz bir çox məsələlərdə razılığa gələ bildik, lakin əsas məsələlərdə tərəflərin mövqeləri hələ də fərqlidir.”
Bundan əvvəl Ermənistan xarici işlər nazirinin müavini Vahan Kastanyan Reuters agentliyinə demişdi: Rəsmi İrəvanın tərəflər arasında əvvəllər razılaşdırılmış prinsiplər əsasında Azərbaycan Respublikası ilə münasibətləri normallaşdırmaq üçün siyasi iradəsi var.