Sama xəbər agentliyinin məlumatına görə, HƏMAS bununla bağlı yaydığı bəyanatda bildirib: “HƏMAS Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyə İslam dünyasının liderlərinə, tanınmış şəxsiyyətlərinə və din xadimlərinə müraciət göndərib, onları Qəzza zolağında Fələstin xalqına qarşı təcavüzü dayandırmaq və Məscidül-Əqsanı qorumaq üçün dərhal siyasi, diplomatik və hüquqi tədbirlər görməyə çağırıb.”
Həniyyə bu müraciətində həmçinin sionist rejimi dəstəkləyən ölkələrə təzyiq göstərməyə və bu uşaq öldürən rejimi Qəzza zolağında qeyd-şərtsiz soyqırımı dayandırmağa məcbur etməyə çağırıb.
HƏMAS-ın bəyanatına görə, Həniyyə Qəzza xalqına qida, dərman, sığınacaq və həmçinin keçidlərin açılması baxımından real yardımın göstərilməsi prosesinin sürətləndirilməsini vurğulayıb.
Publish Date: 9 mart 2024 - 20:49
Tehran - İRNA - HƏMAS Siyasi Ofisinin rəhbəri bu gün (şənbə) İslam dünyasının liderlərinə ünvanladığı müraciətdə Ramazan ayı ərəfəsində Qəzza zolağında müharibəni dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.