Yanvarın 22-də başlayan Birləşmiş Millətlər Təşkilatının Silahsızlanma Sammiti bu il sentyabrın 13-dək fəaliyyətini davam etdirəcək. Bu sammit yanvarın 22-dən martın 28-dək, mayın 13-dən iyunun 28-dək və iyulun 29-dan sentyabrın 13-dək ardıcıl olaraq üç hissəyə bölünür. İran İslam Respublikası martın 18-dən 29-dək və mayın 13-dən mayın 24-dək iki dəfə bu mühüm beynəlxalq toplantıya sədrlik edəcək. Bu beynəlxalq konfransa 64 ölkə üzvdür və iştirak edir.
Birləşmiş Millətlər Təşkilatının bu beynəlxalq toplantısına, Hindistan (22 yanvar - 16 fevral), İndoneziya (19 fevral - 15 mart), İran (18-29 mart və 13-24 may), İraq (27 may - 21 iyun), İrlandiya (24-28 iyun və 29 iyul-16 avqust) ölkələri və işğalçı sionist rejimi (19 avqust-13 sentyabr) sədrlik edəcək.