Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qədərə deyib: “Tibb işçiləri Qəzzanın şimalında gecə-gündüz işləyirlər və yeməyə heç nələri yoxdur.”
O, vurğulayıb: “Tibb işçiləri yemək yemədikləri üçün çox zəifləyiblər.”
Əl-Qədərə əlavə edib ki, Qəzza zolağının şimalında 2000-dən çox tibb işçisi Ramazana obaşdanlıq və iftar etmədən başlayacaq.
Səhiyyə Nazirliyinin sözçüsü deyib: “Biz beynəlxalq təşkilatlara və yardım komitələrinə çağırış edirik ki, tibb işçilərini yeməklə təmin etsinlər, beləliklə onlar öz fəaliyyətlərini davam etdirə bilsinlər.”
Eyni vaxtda Qəzzadakı Norveç həkim qrupunun üzvü hazırda bölgədə uşaqlar arasında aclığın yayılmasının şahidi olduqlarını bildirib.
Qəzza Səhiyyə Nazirliyinin son hesabatına görə, Qəzzada qida və su çatışmazlığı səbəbindən indiyədək 25 nəfər şəhid olub.