Sanders keçən bazar günü “CBS News”-a müsahibəsində deyib: “Amerika (Fələstinli) uşaqların kütləvi şəkildə öldürülməsində şərik ola bilməz.”
O, bir daha Ağ Ev rəsmilərini İsrailə qeyd-şərtsiz hərbi yardım göndərilməsini dayandırmağa çağırıb. Bu müstəqil senator daha sonra Qəzza müharibəsini "görünməmiş böhran" adlandırıb.
Senator qeyd edib ki, söhbət təkcə qətlə yetirilən və üçdə ikisi qadın və uşaqlar olan 30 min fələstinlidən getmir, biz yüz minlərlə uşağın aclıqdan ölməsi ehtimalını da araşdırırıq.
Sanders müsahibəsinin davamında deyib: “ABŞ hökuməti Netanyahuya yalvara bilməz. Ona “pul istəyirsənsə, siyasətini dəyişməlisən” deməlisiniz. Uşaqlara yemək çatdırmaq üçün yük maşınlarının daxil olmasına icazə verməlidir.”