Sionist rejim ordusu yeni cinayətində Qəzza şəhərinin əl-Küveyt meydanında humanitar yardım almaq üçün gözləyən fələstinli mülki vətəndaşları hədəfə alıb. Bu hücumda ən azı 9 fələstinli şəhid olub, yaralanmış 38 nəfər isə Qəzza şəhərindəki Əş-Şifa xəstəxanasına yerləşdirilib.
Qəzzadakı Fələstinin Səhiyyə Nazirliyi dünənki son statistik məlumatında bildirib ki, İsrail rejiminin Qəzza sakinlərinə qarşı müharibəsi başladığı gündən Qəzzada şəhid olanların sayı 31 min 112 nəfərə çatıb.