Tehran - İRNA - Livan Hizbullahının sionist rejimin mövqelərinə kütləvi raket hücumu bu rejimin valyutasının dünya maliyyə bazarlarında dəyərinin azalmasına səbəb olub.

İRNA-nın çərşənbə axşamı verdiyi xəbərə görə, sionist “Qlobus” qəzeti yazıb: Şimalda (işğal olunmuş ərazilərdə) gərginliyin artması səbəbindən şekelin (sionist rejimin pul vahidi) dəyəri kəskin şəkildə aşağı düşüb.

Bu hesabata görə, son bir həftədə Forex bazarında şekel ABŞ dolları və avroya nisbətdə 2% ucuzlaşıb.