Tehran - İRNA - BMT-nin Yaxın Şərqdə sülh əməliyyatları üzrə xüsusi nümayəndəsi verdiyi bəyanatda Qəzzadakı müharibənin Yaxın Şərqə illərcə təsir edəcəyini bildirib.

Tur Uinsland deyib: “Mən Qüdsün müqəddəs məkanlarında mövcud vəziyyəti qorumağa və hörmət etməyə çağırıram.”

O, Qəzzadakı dağıdıcı müharibənin Yaxın Şərqə uzun illər təsir edəcəyini bildirərək əlavə edib: “Daha geniş siyasi və təhlükəsizlik fəlakəti riski var və nəyin bahasına olursa olsun qarşısını almaq lazımdır.”