Tehran - İRNA - Sionist rejimin 12-ci kanalı yaydığı xəbərdə Əl-Əqsa Tufanı əməliyyatından sonra 520 min israillinin psixi pozğunluğa düçar olduğunu bildirib.

Sionist rejimin 12-ci kanalı bildirib ki, 7 oktyabr əməliyyatı və Qəzza müharibəsindən sonra 520 min sionistin travma sonrası stress pozğunluğu (TSSP) müalicəsinə ehtiyacı var.

Bundan əvvəl sionist “Walla” saytı da belə bir araşdırma dərc edərək İsrail rejiminin 1600 əsgər və zabiti müharibə zamanı psixoloji xəsarət aldığını bildirmişdi. Bu araşdırmaya görə, onlardan ən azı 250 nəfəri müharibədən azad edilib.