Tehran - İRNA - Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri ölkənin pilotsuz təyyarələrin mühərrik istehsalı sahəsində özünü təmin etdiyini açıqlayaraq deyib: “Müdafiə məhsullarının ixracı 4-5 dəfə artıb.”

İRNA-nın hökumət sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, general-mayor Məhəmmədrza Aştiyani bu gün (13 mart) səhər saatlarında hökumət heyətinin iclası çərçivəsində jurnalistlərə verdiyi açıqlamada İranın müdafiə və təhlükəsizlik sahəsində digər ölkələrlə qarşılıqlı fəaliyyətinə toxunaraq deyib: “Müdafiə sahəsində qarşılıqlı əlaqələrin inkişafına uyğun olaraq bütün ölkələrlə, o cümlədən Qafqaz ölkələri və Ermənistan rəsmiləri ilə görüşümüz oldu. Həmçinin, regionda çox nüfuzlu ölkələrindən olan Qətərlə qarşılıqlı əlaqələrdə bütün mövzuları nəzərdən keçirdik.”