İRNA-nın hökumət sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, Məhəmməd İslami çərşənbə günü - martın 13-də hökumət nümayəndə heyətinin iclası çərçivəsində jurnalistlərə deyib: “İlk dəfə olaraq kənd təsərrüfatı məhsullarının şüalandırılması həyata keçiriləcək. Ümid olunur ki, bu, insanların həyatında özünü göstərəcək və ondan faydalanacaqlar.”
Atom Enerjisi Təşkilatının ölkədə elektrik stansiyası tikmək planlarına toxunan İslami deyib: “Elektrik stansiyasının tikintisi 7 il vaxt aparacaq və plana əsasən, 14-cü hökumətin fəaliyyət müddətinin sonuna qədər bu iki elektrik stansiyasını istismara verəcəyik.”