KAN telekanalının yaydığı məlumata görə, İsrail Ordusunun Hərbi Kəşfiyyat Tədqiqat Briqadasının (AMAN) rəhbəri, briqada generalı “Omit Saer” eksklüziv müsahibəsində tutduğu vəzifədən istefa vermək istədiyini bildirib.
O, İsrail ordusunun 7 oktyabr hadisələri ilə bağlı apardığı daxili araşdırmanın nəticələrini açıqladıqdan sonra istefa ərizəsini verəcəyini açıqlayıb.
Sionist rejimin 14-cü kanalı da martın 4-də bəzi yüksək rütbəli hərbçilərin və sionist ordunun kəşfiyyat bölməsinin istefaya getdiyini bildirib.