Kontr-admiral Mustafa Tacəddini bununla bağlı deyib: “İran, Çin və Rusiya hərbi dəniz qüvvələrinin iştirakı ilə “Dəniz Təhlükəsizlik Kəməri-2024” birgə təliminin əsas mərhələlərinin davamında üç ölkənin üzmə və uçuş bölmələri əvvəlcədən müəyyən edilmiş ssenari əsasında beynəlxalq sularda dəniz quldurları tərəfindən qaçırılan iki ticarət gəmisinin azad edilməsi əməliyyatını həyata keçirdi.”
Tacəddini əlavə edib: “Bu mərhələdə, Çabahar MRCC mərkəzinə ticarət gəmilərinin təcili mesajı göndərildikdən sonra, əvvəlcə İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinə məxsus SH3D helikopteri ilə əməliyyat sahəsinin müəyyən edilməsi üçün axtarışlar aparıldı, sonra isə İran İslam Respublikasının “Səhənd” esminesi təlimin komandir gəmisi olaraq bölgədə yerləşən hərbi gəmiləri azad etmə əməliyyatını həyata keçirmək üçün göndərdi.”