Məlumatlı rəsmilərdən biri İRNA-nın xarici siyasət sahəsi üzrə müxbiri ilə söhbətində Amerika qəzetinin İran və Amerika nümayəndə heyətləri arasında Qırmızı dənizdəki hadisələr kimi mövzularla bağlı dolayısı danışıqlar barədə iddiasını təkzib edərək deyib: “İctimai rəyi aldatmaq üçün psixoloji tədbirlərdən istifadə etmək Amerikanın diplomatiyadakı uğursuzluğunu kompensasiya etmək strategiyasının bir hissəsidir. Mesaj mübadiləsi və dolayı söhbətlər yalnız sanksiyaların ləğvi danışıqları çərçivəsində məhdudlaşır və Qırmızı dənizdəki hadisələrlə bağlı heç bir mesaj mübadiləsi aparılmayıb.”
Bu məlumatlı mənbə Amerika qəzetinin Maskatda İran və Amerika nümayəndə heyətlərinin dolayı müzakirələri barədə xəbəri barədə əlavə edib: “Qəddar sanksiyaların ləğvi həmişə İran tərəfinin prioritet gündəliyində olub və dəfələrlə bəyan olunduğu kimi, İran İslam Respublikasının bu sahədəki mövqelərini aydın şəkildə çatdırmaq məqsədi ilə qarşı tərəflərlə mesaj mübadiləsi davam etdirilmişdir.”