İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvinin Baku TV ilə söhbətinin əsas məqamları bunlardır:
İki ölkənin tarixi keçmişi və İran və Azərbaycan Respublikası arasında 800 kilometrlik sərhədin hər iki tərəfindəki insanlar arasında dərin mədəni və emosional əlaqələr problemlər və anlaşılmazlıqların davam etməsinə imkan vermir.
İran və Azərbaycan Respublikası arasında ixtilaf yaratmaqda ortaq düşmənlərin, region və regiondan kənar bəzi dövlətlərin və rejimlərin, xüsusilə onların təhlükəsizlik xidmətlərinin əli açıq-aşkar görünür.
27 yanvar hadisəsi və Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum çox acı, gözlənilməz və təəccüblü idi. Amma bütün sübutlar və iki ölkənin məhkəmə və təhlükəsizlik rəsmilərinin sonrakı səfərləri və hücum edənin etirafı göstərdi ki, bu hərəkət fərdi və şəxsi motivlərlə həyata keçirilib. Bu şəxs tutuldu, mühakimə olundu və ağır cəzaya məhkum edildi.
İran İslam Respublikası öz xarici siyasətində pozulmayan və dəyişdirilə bilməyən sabit prinsiplər və təməllər əsasında hərəkət edir. İşğal zamanı İranı Azərbaycan Respublikasının tərəfinə çəkən bu təməl prinsiplərdən biri də işğala və separatizmə qarşı çıxmaqdır.
Ali Məqamlı Rəhbər istər Azərbaycan ərazilərinin işğalının əvvəlində, istərsə də Birinci Qarabağ və İkinci Qarabağ müharibələri zamanı ölkəmizin birinci şəxsi və Ali Baş Komandan olaraq işğal olunmuş torpaqlarımızın azad edilməsinə açıq dəstək verib və hökumətdəki və silahlı qüvvələrdəki sistemin digər orqanları da həmişə eyni gündəmi izləmiş və davam etdirmişdir.
30 ildən artıqdır ki, İran Naxçıvanı Azərbaycan Respublikasının əsas torpağı ilə birləşdirib və indi biz bu marşrutu inkişaf etdirmək və şaxələndirmək niyyətindəyik. Naxçıvanı birləşdirən hava yolu da İran səmasından keçir.
Bütün iranlı etnik qruplar İranı özlərininki hesab edirlər və məncə, ölkəmizdə ən qatı iranlılar bizim azərbaycanlılardır və onlar İranın hər yerində mövcuddur. Ölkəmizin ilk şəxsi əslən azərbaycanca danışandır və ailələr arasında bu dildə danışmağı şiddətlə tövsiyə edir və vurğulayır. Ona görə də, sualınız ümumiyyətlə düzgün deyil.
Publish Date: 14 mart 2024 - 22:33
Tehran - İRNA - İran İslam Respublikasının Bakıdakı səfiri Baku TV ilə ətraflı müsahibəsində deyib: İran və Azərbaycan Respublikası arasında ixtilaf yaratmaqda düşmənin təhlükəsizlik xidmətlərinin əli açıq-aydın görünür. İranın yeni hökumətinin qonşuluq siyasəti ciddi və prinsipial siyasətdir.