Tehran – İRNA - Ölkəmizin gənclərdən ibarət sərbəst və klassik güləş təmsilçiləri 11 qızıl, 6 gümüş və 5 bürünc medal qazanaraq Türkiyə Zəfər Kubokunun qalibi olublar.

Martın 12-14-də Türkiyənin Antalya şəhərində sərbəst və klassik güləş üzrə Türkiyə Zəfər Kubokunun beynəlxalq yarışları keçirilib və nəhayət ki, sərbəst və klassik güləş komandası qalib gələrək birinci olub.